• اخر الاخبار

    Yelena Nedugina: "Odlar yurdu öz vətənini işğaldan azad etdi"




    Qafqaz məsələləri üzrə "Beynəlxalq Azərbaycan-Ərəb diasporu təşkilatı" -nın üzvü,

     Rusiya / İordaniya yazıçısı Yelena Neduginanın ərəb ictimaiyyətinə Azərbaycanın Qarabağ zəfəri barəsində geniş məqaləsi dərc olunub.

    Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi "44 gümlük Vətən​ Müharibəsində qazanılan parlaq qələbə" adlı tədbir təşkil edib. Qələbənin ildönümünə həsr olunmuş təntənəli tədbirdə Səfiri ​ Eldar Səlimov Azərbaycan həqiqətləri barəsində iştirakçılara geniş məlumat verib. Bu möhtəşəm qələbə​ otuz illik erməni faşistlərinin törətdiyi işğala son qoydu. Bu illər ərzində Azərbaycan xalqı yurd-yuvasından və doğma torpaqlarından didərgin düşmüş, bir milyona yaxın qaçqının öz yurd-yuvasından qaçqın düşmüşdü. Bu qələbə​ Ermənistan tərəfindən işğal​ edilmiş torpaqların azad olunmasına​ gətirib çıxardı. Son​ 30 il ərzində işğal olunmuş Azərbaycan torpaqlarında bastırılmış yüz mindən çox mina​ ​ 150 ​​nəfər mülki əhalinin ölümü və yaralanmasına səbəb​ olmuşdur.​ Birləşmiş Millətlər Təşkilatının təstiq etdiyi kimi ermənilər Azərbaycanın​ tarixi və mədəni abidələrini,​ azərbaycanlıların yaşayış məskənlərinin, dini abidələrini, kilsə​ və məscidləriin​ dağıtmışdır.Ermənilər tərəfindən​ tarixinin təhrif edilməsi​ ilə bağlı kifayət qədər​ sənədlər var.​

    BMT-nin qəbul etdiyi qətnamələri icra etməyən Ermənistan​, Azərbaycan torpaqlarının dinc yolla öz sahiblərinə qaytarmaq istəmirdi.​ Bu haqsızlığa son qoymaq üçün Azərbaycan hakimiyyəti özünün ərazi bütövlüyünü təmin etməsi üçün hərbi yolu ilə torpaqlarını işğaldan azad edərək düşmən üzərində şanlı qələbə qazandı.

    Məqalə ilə yaxından tanış olmaq üçün ...

    https://alanbatnews.net/article/349957. 

    ad728